Almaniyanın əsas maliyyə qurumu olan «Deutsche Bank» Türkiyədə uçot dərəcəsi ilə bağlı proqnozunu dəyişib.
FED.az xəbər verir ki, Deutsche Bank bəyan edir ki, Türkiyədə inflyasiyanın daha da artması səbəbindən Türkiyə Mərkəzi Bankı mart ayında keçiriləcək iclasında uçot dərəcəsini 5 baza bəndi qədər artıra bilər. Bank həmin iclasda uçot dərəcəsinin 45%-dən 50%-ə qaldırıla biləcəyini proqnozlaşdırır.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı özünün fevral iclasında faiz dərəcəsini 45%-də sabit saxlasa da, elan etmişdi ki, inflyasiya ilə bağlı vəziyyət pisləşsə, yəni qiymətlər gözləniləndən daha sürətləartsa, monetar sərtlik səviyyəsi, yəni uçot dərəcəsi də artacaq.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin (PPK) iclası martın 21-də keçiriləcək.
Hələlik isə bank analitikləri Türkiyədə pul siyasətinin düzgün istiqamətdə getdiyini bildirirlər və qeyd edirlər ki, «Fitch» agentliyinin Türkiyənin reytinqini artırması da bununla bağlıdır. «Ancaq hələlik iqtisadiyyatda çətinliklər davam edir. Bunlar arasında davamlı inflyasiya təzyiqləri və bankın xalis ehtiyatlarının ciddi azalması da var” – deyə ekspertlər bildirir.
Bundan başqa, «Deutsche Bank» analitikləri bildirir ki, bu ilin martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri qeyri-müəyyənlik yaradır. Bu qeyri-müəyyənlik türk lirəsinin (TL) dollar qarşısında daha da ucuzlaşdıra bilər.
Analitiklər düşünürlər ki, seçki dövrlərində siyasi qeyri-müəyyənlik artdıqca, investorların təhlükəsiz sığınacaq hesab etdikləri xarici valyutaya tələbat arta bilər.