Bu il ərzində "Caucasus Ventures" Fondu tərəfindən 25 startapa təxminən 1,5 milyon ABŞ dolları məbləğində investisiya yatırılması planlaşdırılır.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
Müavin öz çıxışında qeyd edib ki, startaplar üçün maliyyə əlçatanlığı ölkəmizə nisbətən yeni istiqamətdir. Hazırda ölkə üzrə ekosistemdə təxminən 230-dan dan bir az çox startap mövcuddur ki, bunların da 50-si investisiya edilmək mərhələsinə çatmışdır. Vençur vasitəsilə maliyyə əlçatanlığına gəlincə isə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə formalaşdırılan "Caucasus Venture" Fondunun idarə etdiyi aktivləri hazırda 6,6 milyon ABŞ dolları təşkil edir. 2024-cü il ərzində bu fond tərəfindən 25 startapa yatırım edilmişdir. İnvestisiyaların ümumi məbləği isə təqribən 1,5 milyon ABŞ dolları təşkil edir.