2025-ci ilin 1-ci rübündə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 1 milyard 143 milyon dollar olub.
FED.az xəbər verir ki, bir il əvvəlki vəziyyətlə (2024-cü ilin 1-ci rübü) müqayisədə cari əməliyyağlar balansının profisiti təxminən 600 milyon dollar azalıb. Xatırladaq ki, bir il əvvəl bu göstərici 1 milyard 729 milyon dollar idi.
FED.az xəbər verir ki, profisitin azalmasının səbəbi qeyri-neft sektoru ilə bağlı əməliyyatlar olub.
Belə ki, bu il neft sektoru üzrə 3,8 milyard dollar profisit, qeyri-neft-qaz sektoru üzrə isə 2,7 milyard dollar həcmində defisit – kəsir yaranıb.
Məsələ bundadır ki, ötən ildə müqayisədə neft sektoru üzrə profisit artıb – 3,633 milyard dollardan 3,881 milyard dollara yüksəlib.
Əvəzində qeyri-neft sektoru üzrə yaranan kəsir ötən il 1,903 milyard dollar olduğu halda, bu il 2,733 milyard dollara yüksəlib.