Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz.
"2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir, neftin bir barrelə görə büdcədə qiyməti dəyişdirilə bilər"
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Həm İcbari Tibbi Sığorta Fondu, istərsə də Dövlət Sosial Müdafiə Fondu öz vəsaitlərini sərbəst şəkildə dövlət qiymətli kağızlarına yatıra bilərlər. Ən arzuolunmaz hal isə dövlətə məxsus publik hüquqi şəxslərin və yaxud fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi, haqsız gəlir əldə etməsidir", - deyə o qeyd edib. (Report)