Bizim valyuta ehtiyatlarımız qısa müddətli olmalıdır.
FED.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
O bildirib ki, bəzi mərkəzi banklar səhmlərə qızıla, əmlaka investisiya edirlər, amma bizim belə baxışımız yoxdur.
Uzunmüddətli alətlərə investisiya edən Azərbaycanda Dövlət Neft Fondudur. Dövlət Neft Fondu qızıla, müxtəlif şirkətlərin səhmlərinə investisiyalar edir. Bu Neft Fondunun stategiyasıdır. Biz isə daha qısamüddətli ehtiyatlara önəm veririk.