Proqnozlarımızda hər hansı bir qeyri-müəyyənliklər və ya hansısa makro-iqtisadi çağırışlar olmadığı təqdirdə biz pul siyasətimizin sərtləşməsinə getməyəcəyik.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu ilin I rübünün cari əməliyyat balansının profisiti ÜDM-in 10.1%-ni təşkil edib. Aprel ayında cari əməliyyat balansının bu ilin sonuna 7 milyard dollar olacağı proqnozunu vermişdik. 2025-ci ildə isə bu göstərici 6 milyard dollar ərtafında olacaq.
"Proqnozlarımız ciddi dəyişməsə, faktlardan fərqlənməsə, yeni makro-iqtisadi çağırışlar yaranmasa və qeyr-müəyyənliklər daha da artmasa Azərbaycan Mərkəzi Bankı qarşıdakı aylarda faizlərini sabit saxlayacaq". deyə AMB sədri əlavə edib.