Bank sektorunun kapital adekvatlığı artıb, likvid aktivlər 15,6 milyard manata çatıb
FED.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bank sektorunun 2025-ci ilin birinci yarımilinə dair təqdimatında verib.
Direktor bildirib ki, sektorun kapital adekvatlığı əmsalı 0,4 faiz bəndi artaraq 18%-ə yüksəlib. O əlavə edib ki, bank sektorunun likvid aktivlərində də artım müşahidə olunub və bu göstərici hazırda 15,6 milyard manat təşkil edir.