Bank sektorunun aktivləri artıb, risklər isə azalıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2025-ci ilin birinci yarımili üzrə maliyyə sabitliyi təqdimatında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bank sektoru üzrə aktivlər 7% artaraq 56,7 milyard manata çatıb. Onun sözlərinə görə, risk üzrə ölçülmüş aktivlərin həcmi azalıb, iqtisadiyyatın ayrı-ayrı sahələrində isə kredit riskləri aşağı səviyyədədir. Bu, sektorda ümumi risk yükünün azaldığını göstərir.