"Monetar şəraitə qısa şəkildə toxunmaq istərdim. 2025-ci ildə də bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərmişdir. İlin sonunda izafi likvidliyin səviyyəsi 2,9 milyard manat təşkil etmişdir".
Uçot dərəcəsi ağaşı salındı - Kreditlər də ucuzlaşdı - MƏRKƏZİ BANK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirir.
Mərkəzi Bankın sədri vurğulayıb ki, buna baxmayaraq, Mərkəzi Bank monetar əməliyyat çərçivəsində mövcud olan bütün alətlərdən istifadə edərək, əsas istinad faiz göstəricisi olan AZIR indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşdur: "Bu prosesi siz artıq gündəlik əsasda izləyə bilərsiniz".










