Bank kartlarından pul oğurlanması halları təkcə Azərbaycana xas deyil, bütün dünyada var.
Ötən gün bank kartlarından 40 min manatdan çox pul talanıb - DİN-DƏN NÖVBƏTİ XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.
"Bank sektorunda kibertəhlükəsizlik və cinayətkarlıq halları nəzrətimizdədir. Bununla bağlı banklarla kommunikasiya aparılır. Səbəblərə gəldikdə təssüflər olsun ki, bunlar, əsasən məlumatlılığın aşağı olması və kart məlumatlarının bir çox hallarda insanların özləri tərəfindən başqa şəxslərə verilməsidir", - deyə o qeyd edib.
Xatırladaq ki, təkcə ötən gün Azərbaycan vətəndaşlarının bank kartlarından 13 818 manat oğurlanıb. (Report)