"2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artmışdır. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3.8%) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir".
Eləcə də bax: Təcili: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı - AMB-DƏN AÇIQLAMA – TAM MƏTN
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında açıqlamasında bildirilir.
"Ümumilikdə bank sistemi öz dayanıqlığını qoruyur, bank hesablaşmalarının aparılmasında problemlər müşahidə edilmir",- məlumatda deyilir.
Xəbər verdiyimiz kimi bugün Azərbaycan Mərkəzi Bankı faizilərini 0,25 bənd artırıb. Uçot dərəcəsi 7.5%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%-ə, yuxarı həddi isə 9%-dən 9.25%-ə qaldırılıb. (Marja)