Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.
Mərkəzi Bankın valyuta ehtiyatları - 10 MİLYARD DOLLARA YAXINLAŞIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AzTV-yə müsahibəsində deyib. O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.
"Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14,5% artaraq 67,5 milyard ABŞ dollarına çatıb"- AMB sədri əlavə edib.