Bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 % olacağı gözlənilir.
FED.az xəbər verir ki, bunu Azəbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
O bildirib ki, ümumi daxili məhsul 4,3% artmışdır. Tikinti sahəsi 18,4, nəqliyyat,anbar 15,4, turizmdə 10,3% artım olub.
Yenilənmiş proqnozlata əsasən ÜMD artımı 3,5-4% olacağı planlaşdırılır.
“Gələn il isə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 % artacağı proqnozlaşdırılır" - deyə sədr bildirib.