Azərbaycanda bu il inflyasiya ortaillik inflyasiya 6,2%-6,5 səviyyəsində gözlənilir.
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini - ARTIRDI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, təkcə dekbarda isə illik inflyasiya 9,5%-10,5% səviyyəsində gözlənilir.
Sədr qeyd edib ki, gələn il isə ortaillik inflyasiya 5,6% səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir. Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ortaillik inflyasiya 5,2%, təkcə sentyabrda isə illik inflyasiya 8,5% təşkil edib. 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.