Azərbaycanda bəzi bankların maliyyə göstəriciləri üzrə çağırışlar var, lakin onlar sistem əhəmiyyətli banklar deyil.
Azərbaycanda inflyasiya proqnozu - DƏYİŞMƏZ QALIB
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Hazırda bu banklar ilə işləyirik. Maliyyə sektorunun ümumi vəziyyətini qənaətbəxş hesab edirəm.Sektorun kredit portfelinin keyfiyyəti də qənaətbəxşdir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7 %-dir. Soruşsanız "maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir?", deyərdim "etmir". İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar", - T. Kazımov vurğulayıb.