2025-ci ilin birinci rübündə Azərbaycana 229,5 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov brifinq zamanı məlumat verib.
Ən çox vəsait göndərən ilk beş ölkə belə sıralanır:
1. Rusiya Federasiyası – 85,6 milyon dollar
2. Türkiyə – 39,6 milyon dollar
3. Amerika Birləşmiş Ştatları (ABŞ) – 23,3 milyon dollar
4. Birləşmiş Krallıq – 8,8 milyon dollar
5. Birləşmiş Ərəb Əmirlikləri – 7,8 milyon dollar
Eyni dövrdə Azərbaycandan xaricə yönələn pul köçürmələrinin həcmi 112 milyon dollar təşkil edib. Ən çox vəsait aşağıdakı ölkələrə göndərilib:
1. Türkiyə – 32,4 milyon dollar
2. Amerika Birləşmiş Ştatları (ABŞ) – 18,8 milyon dollar
3. Rusiya Federasiyası – 9,5 milyon dollar
4. Gürcüstan – 7 milyon dollar
5. Birləşmiş Krallıq – 6 milyon dollar
Bundan əlavə, 2025-ci ilin birinci rübündə birbaşa xarici investisiyaların ümumi həcmi 1,5 milyard dollar təşkil edib. Bu vəsaitin əsas hissəsi aşağıdakı beş ölkənin payına düşüb:
1. Birləşmiş Krallıq – 405,8 milyon dollar
2. Türkiyə – 300,9 milyon dollar
3. Kipr – 181 milyon dollar
4. Birləşmiş Ərəb Əmirlikləri – 110,3 milyon dollar
5. İran – 90,1 milyon dollar