"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) tərəfdaşlarının sayı 238-ə çatıb.
"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini - İSTİFADƏYƏ VERİB
FED.az bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, bunlar 47 bank (24-ü ləğv prosesindədir), 62 bank olmayan kredit təşkilatı (BOKT, 9-u ləğv prosesindədir), 38 kredit ittifaqı (2-si ləğv prosesindədir), 22 sığorta şirkəti (7-si ləğv prosesindədir), 16 lizinq şirkəti, 3 faktorinq şirkəti, 1 kollektor agentliyi, 38 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 5 dövlət qurumudur.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir. (Report)