Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır.
"Güclü və sabit maliyyə sektorumuzdan səmərəli istifadə etməklə orta gəlir tələsindən yayınmaq mümkündür"
FED.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının (World Bank) 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.
"Bu, qısa müddət ərzində çox böyük bir nailiyyətdir. Azərbaycan həmçinin regionda aparıcı dövlət olaraq həm siyasət, həm də iqtisadiyyat baxımından mövqeyini gücləndirmişdir. Eyni zamanda bu qüvvə bizim suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə də kömək etdi", - o bildirib. (Trend)