Azərbaycan Mərkəzi Bankı internet səhifəsində gündəlik əsasda təminatsız bazarda banklar arasında milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayır.
Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı - QƏRAR VERƏCƏK
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, indekslər qurumun İdarə Heyətinin təsdiqlədiyi “Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR - Azerbaijan Interbank Rate) üzrə İndekslərin Hesablanması və Açıqlanması Qaydaları” əsasında hesablanır. İndekslərin hesablanmasında "Bloomberg" ticarət platformasında ölkə fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada bağlanan əqdlərdən istifadə edilir. Faiz indekslərilə yanaşı AMB-nin internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləği və sayı da açıqlanacaq.
AMB AZIR indekslərindən pul siyasətinin əməliyyat məqsədlərinə nail olmasının effektivliyinin ölçülməsi göstəricilərindən biri kimi istifadə edir. Bazar iştirakçıları maliyyə bazarında müxtəlif əqdlərin bağlanması zamanı AZIR indeksindən istinad faiz dərəcəsi kimi istifadə edə bilərlər.