Son günlər Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur.
Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-də yoxlamalara başlayıb
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Bildiririk ki, həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə həyata keçirilir, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.
Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur.