"2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.
FED.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
O qeyd edib ki, layihənin gələn həftə komitədə müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %). Gəlirlər üzrə plan 105 % icra olunub.
2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub.
2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib. (Report)