Bu ilin oktyabrın 7-də Ukrayna qrivnasının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0645 manat təşkil edib ki, bu da 2019-cu ilin mayın 29-dan bəri qeydə alınmış ən yüksək göstəricidir.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, oktyabrın 8-də məzənnə 0,0646 manata qədər yüksəldi, oktyabrın 11-12-i isə yenidən 0,0645 manata enərək son iki gündə sözügedən səviyyədə qalıb.
Sentyabr ayında Ukraynanın valyuta bazarındakı xarici valyuta təklifinin tələbi üstələməsi qrivnanın möhkəmlənməsini təmin edib.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) qrivnanın manata qarşı ən yüksək dəyəri 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,0990 manat. Qrivnanın manata qarşı məzənnəsinin ən aşağı həddi isə 2007-ci ilin avqustun 20-də olub – 0,0164 manat. Xatırladaq ki, 2015-ci ilin fevral ayında da Ukrayna qrivnasının manatına qarşı manatına qarşı çox aşağı idi. Sözügedən ayda orta məzənnə 0,0350 manat təşkil edirdi. (Apa)