Bu ilin III rübündə qlobal mərkəzi banklar koronavirus (COVID-19) pandemiyasının təsiri ilə 2010-cu ildən bəri ilk dəfə aldıqlarından çox qızıl satıb.
Eləcə də bax: Qızıla tələbat son 11 ildə minimuma düşdü - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında bildirilir.
Sənədə əsasən, rüb ərzində xalis qızıl satışının həcmi 12,1 ton təşkil edib. Qiymətli metalın əsas satıcıları isə Özbəkistan (35 ton) və Türkiyə (22 ton) olub.
WGC III rübdə qızıla tələbatın 892,3 tona endiyini və bunun isə son 11 ilin ən aşağı göstəricisi olduğunu bildirib. (Report)