“COVİD-19 təkcə səhiyyə sistemində problemlər yaratmayıb”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın sədri bildirib ki, qlobal inflyasiyanın yayılma prosesi pandemiyanın göstəricisidir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırlanmış anti-böhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib”.