Qlobal investisiya bankı JPMorgan, qlobal bazarlarda artan investor tələbinin qızılın unsiyasının qiymətini 5 min dollar səviyyəsinə yüksəldə biləcəyi barədə proqnozunu qorumaqdadır.
Qızıl ixracı Azərbaycana 277 milyon dollar valyuta gətirib - İLLİK 69% ARTIM
FED.az xəbər verir ki, qızılın unsiyasının qiyməti hazırda 4200 dolların üzərindədir. Qızıl bu il investoruna 60 faiz qazandırıb.
Geosiyasi risklər, mərkəzi bankların ehtiyatları diversifikasiya etmə tendensiyası və investorların "təhlükəsiz liman" axtarışı qızıl qiymətlərini dəstəkləyən əsas amillər kimi ön plana çıxır.
JPMorgan neft qiymətlərində isə azalma gözləyir. Bank, Brent neftinin qiymətinin 2026-cı ildə orta hesabla 58 dollar/barrelə enəcəyini proqnozlaşdırır. Hazırda neft 63 dollar səviyyəsində ticarət olunur.
Dünya Qızıl Şurasının (WGC) məlumatlarına görə, mərkəzi banklar oktyabr ayında qızıl tələbatını nəzərəçarpacaq dərəcədə artırıb. Ay ərzində ümumilikdə 53 ton xalis alış həyata keçirilib və bu göstərici 2025-ci ilin ən yüksək aylıq alışı kimi qeydə alınıb. Beləliklə, mərkəzi bankların qızıl tələbi sentyabr ayı ilə müqayisədə 36 faiz artıb.
2025-ci ilin 10 ayı ərində isə ümumi alış həcmi 254 tona çatıb.










