Bazarın yarısı dövlət kağızlarıdır
Dövriyənin yarısı – təqribən 1 milyard manat - dövlətin qiymətli kağızlarının payına düşüb. Bir il ərzində dövlət kağızları ilə əməliyyatlar 26 dəfəyə yaxın artıb.
Dövlət Qiymətli kağızları ilə əməliyyatlarda əsas yeri Mərkəzi Bankın notları tutur – 970,1 milyon manat. Ötən illə müqayisədə notların buraxılışı 25,5 dəfə artıb. Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları isə 52,55 milyon manat olub, bu ötən ilin yanvarındakı göstəricidən 31 dəfə artıqdır.
Səhm buraxan yoxdur
Qiymətli kağızlar bazarında ötən illə müqayisədə azalan əsas göstərici səhmlərlə bağlıdır. Yanvarda səhm bazarında cəmi 22,57 milyon manatlıq dövriyyə olub. Halbuki ötən ilin yanvarında bu göstərici 600,34 milyon manat və ya 26 dəfə artıq idi. Yanvar ayında səhm buraxılışı olmayıb və bütün əməliyyatlar təkrar bazarda aparılıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında 600 milyon manatlıq səhm buraxılmışdı və bunların əksəriyyəti problemli bankların bağlandığını görərək, təcili surətdə nizamnamə kapitalını artırmaq istəyən banklar idi.
İstiqraz bazarı SOCAR İstiqrazlarının «çiynindədir»
Yanvarda istiqraz bazarının dövriyyəsi 26 milyon dollar olub bu ötən ilin yanvarına nisbətən 15 milyon manat və ya 37% azdır. Azalmanın əsas səbəbi İpoteka Fondunun hələ istiqraz buraxmamasıdır. Ötən ilin yanvarında isə fond artıq 10 milyonluq istiqraz buraxmışdı. Korporativ istiqrazlar bazarı üzrə dövriyyə isə 22 milyon manat olub. Bunun 2 milyon manatı yeni buraxılan METAK istiqrazlarıdır. 20 milyon manatlıq istiqraz isə təkrra bazarda dövr edib, bunun böyük hisəsi dollarla buraxılan və əhali tərəfindən aktiv surətdə alınıb-satılan SOCAR İstiqrazlarıdır.
REPO əməliyyatları
Yanvar ayında qiymətli kağızlarla REPO əməliyatları da aktivləşib. Ötən ilin yanvarında belə əməliyyatlar ümumiyyətlə olmadığı halda, bu ilin yanvarında REPO dövriyyəsi təqribən 12 milyon manat olub. Bu sahədə də aktivləşmənin səbəbi səbəbi SOCAR İstiqrazları olub. Təkcə SOCAR İstiqrazları ilə 2,748 milyon dollar və ya 4,7 milyon manatlıq REPO əməliyatı aparılıb.
FOREKS dövriyyəsi 1 milyard manata çatır
Azərbaycanda qiymətli kağızlar bazarının demək olar ki, ikinci yarısı FOREKS məhsulları ilə aparılan əməliyyatların payına düşür. Yanvar ayında törəmə alətlər bazarında 965,8 milyon manatlıq əməliyyat aparılıb ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 2,6 dəfə artıqdır.
Yanvar ayında qiymətli kağızlar bazarının dövriyyəsi ilə yanaşı, bu bazarda aktivlik də yüksəlib. Ötən ay bazarda 9 152 əqd bağlanıb ki, bu da ötən ilki 5087 əqddən təqribən 2 dəfə artıqdır.
Bazarın sektoru | Dövriyyə, yanvar 2018 | Dövriyyə, yanvar 2017 | ||
Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | |
I. DQK bazarı | 1,022,675,252 | 113 | 39,777,916 | 7 |
MN Dövlət İstiqrazları | 52,551,973 | 50 | 1,652,538 | 2 |
Dİ yerləşdirmə | 45,562,630 | 29 | - | - |
Dİ təkrar | 6,989,343 | 21 | 1,652,538 | 2 |
AMB Notları | 970,123,279 | 63 | 38,125,377 | 5 |
NOT yerləşdirmə | 970,123,279 | 63 | 38,125,377 | 5 |
NOT təkrar | - | - | - | - |
II . Pay bazarı | 22,566,132 | 99 | 600,345,790 | 115 |
Səhmlər yerləşdirmə | - | - | 600,000,000 | 2 |
Səhmlər təkrar | 22,566,132 | 99 | 345,790 | 113 |
III. Borc Alətləri Bazarı | 26,077,436 | 100 | 41,165,893 | 80 |
AİF istiqrazları yerləşdirmə | - | - | 10,000,000 | 1 |
AİF istiqrazları təkrar | 4,009,484 | 2 | - | - |
Digər korporativ istiqrazlar * yerləşdirmə | 2,000,000 | 3 | - | - |
Digər korporativ istiqrazlar * təkrar | 20,067,952 | 95 | 31,165,893 | 79 |
- o cümlədən market meyker | 831,601 | - | - | - |
IV. REPO əməliyyatları | 11,942,431 | 14 | 0.00 | 0 |
AMB-nin Repo əməliyyatları | - | - | - | - |
Digər Repo əməliyyatlar | 11,942,431 | 14 | - | - |
V. Törəmə Alətlər Bazarı | 965,803,079 | 8,826 | 372,483,901 | 5,087 |
Valyuta | 893,196,346 | 8,041 | 358,378,319 | 4,850 |
Əmtəə | 72,606,733 | 785 | 14,105,582 | 237 |
Cəmi | 2,049,064,328 | 9,152 | 1,053,773,499 | 5,289 |
- o cümlədən: ilkin bazar ( I+II+III) | 1,017,685,908 | 95 | 648,125,378 | 8 |
- o cümlədən: təkrar bazar ( I+II+III) | 53,632,910 | 217 | 33,164,221 | 194 |