Milli Depozit Mərkəzi (MDM) Emitentlər və Deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verib.
FED.az xəbər verir ki, deponentlər elektron xidmət vasitəsilə real vaxt rejimində mülkiyyətçisi olduğu qiymətli kağızlar barədə məlumatlar (qiymətli kağızın emitenti, qiymətli kağız, mülkiyyətində olan qiymətli kağızlar və s.) əldə edə bilərlər.
Eyni zamanda MDM- in emitentlər üçün yaratdığı interfeysdə Emitent buraxdığı hər bir qiymətli kağız üzrə mülkiyyətçiləri və onlara məxsus qiymətli kağız barədə məlumatları (qiymətli kağızın mülkiyyətçisi, sənəd göstəriciləri, ünvanı və s.) real vaxt rejimində əldə edə bilər.
İstifadəçi adı və parolu əldə etmək üçün deponent və emitentlər MDM-ə müraciət edə bilərlər.
Emitentlərin CS/DR sistemindən istifadə kitabçası: