Azərbaycanda qiymətləndirmə fəaliyyətinin bundan sonra da inkişafı istiqamətində zəruri atılacaq addımlar var.
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşulub
FED.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc cəmiyyətin VIII hesabat-seçki konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda çox vaxt qiymətləndirici peşəsini bankda fəaliyyət göstərən işçilərin əlavəsi olaraq düşünürdülər: “Amma qiymətləndirici indi artıq mühüm, həlledici, arbitr mahiyyəti olan bir peşədir: “Bu gün istənilən yerdə alqı-satqı olduqda, müxtəlif təyinatlı proseslər, müxtəlif təyinatlı əqdlər imzalandıqda qiymətləndiricilərə ehtiyac var. Azərbaycan qanunverici orqanı müxtəlif qanunlar qəbul edib və həmin qanunlara dəyişikliklərlə qiymətləndiricilərin fəaliyyət istiqamətlərini artırıb".
Azərbaycan dövlətinin türk birliyi istiqamətində fəaliyyəti və siyasəti əsas prioritet elan etdiyini xatırladan V. Oruc cəmiyyət olaraq bu istiqamətdə mühüm addımlar atdıqlarını diqqətə çatdırıb: "2024-cü ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının 3-cü konfransı keçilib. Həmin konfransda rəhbərlik Azərbaycan qiymətləndiricilərinə həvalə olunub. Bu, mühüm bir uğurdur. Doğrudan da qiymətləndirmə fəaliyyətinin bundan sonra da inkişafı istiqamətində zəruri atılacaq addımlar var. Hesab edirəm ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu addımların atılmasında fəal olacaq". (Report)