2025-ci ilin ilk rübündə Azərbaycana Qırğızıstandan fiziki şəxslərin pul köçürmələrinin həcmi 741 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 83 min ABŞ dolları və ya 12,6% artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Qırğızıstandan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 658 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Qırğızıstanın payı 0,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 0,2% idi.