Azərbaycandakı Daşınar Əmlakının Yüklülüyünün Dövlət Reyestri xidmətinin Qırğızıstanda tətbiqi ilə bağlı Qırğızıstan hökuməti tərəfindən müraciət daxil olub.
FED.az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) “"Azərbaycan və Orta Asiyada Maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri" layihəsinin bitməsinə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İidarə Heyətinin sədri İbrahim Alışov deyib.
Onun sözlərinə görə, Azərbaycanda təxminən 1,5 il fəaliyyət göstərən sözügedən xidmət artıq Gürcüstanın nəzarət orqanı tərəfindən öyrənilib: "Bu, onu göstərir ki, Azərbaycan artıq karbohidrogen ehtiyatlarının, enerji daşıyıcılarının ixracatçısından maliyyə xidmətlərinin ixracatçısına çevrilib", - deyə İ. Alışov qeyd edib.