Bu ilin I rübündə Azərbaycanda birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 28,7% artaraq 1.8 mlrd. olub.
Eləcə də bax: Azərbaycanın qeyri-neft sektoru üzrə xarici ticarətində - 1,6 MİLYARD DOLLARLIQ KƏSİR
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 59.5% təşkil edib. 2022-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 760.4 mln. dollar ) azalması cəlb olunmuş investisiya ilə (1 079 mln.dollar) kapitalın repatriasiyası (2 839.4 mln.dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 735.2 mln. dollar (4.9 dəfə artım) olub. (Apa)