Qarşıdakı illərdə Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı gözlənilmir. FED.az xəbər verir ki, bu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanla bağlı proqnozlarında göstərilib.
Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçi bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun artımı indiki 2%-dən 2023-cü ildə 3-4%-ə çatacaq.
Onun sözlərinə görə, nəqliyyat və turizm, eləcə də, rabitə və telekommunikasiya sahələrində ciddi artım olub. Amma tikinti sektorunda dövlət investisiyalarının azalması əvvəlki kimi hiss olunur.
Əl Qorçi bildirib ki, qeyri-neft sektorunun sürətli artımı üçün struktur dəyişiklikləri tələb olunur.
Onun fikrincə, genişmiqyaslı islahatlar aparılmalıdır ki, qeyri-neft sektoruna birbaşa xarici investisiyalar artsın, eləcə də, səhiyyə və təhsilə investisiyalar edilməklə insan kapitalı artırılsın.
Qeyri-neft sektoru cəmi 3-4% artacaq – VALYUTA FONDU
09:52
16 Noy 2018