Rusiyada törəmə şirkətləri olan 45-ə yaxın Qərb bankı Rusiyadakı aktivlərini satmaq üçün münasib təkliflər tapa bilmir.
Rusiya Mərkəzi Bankı xarici valyutanın alqı-satqısı əməliyyatlarını - BƏRPA EDİR
FED.az xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, əsasən, Rusiya Prezidenti Vladimir Putinin “dost olmayan” dövlətlərin şirkətlərinə ölkə hakimiyyətinin müvafiq icazəsi olmadan belə əməliyyatları həyata keçirməyi qadağan edən fərmanının təsiri ilə bağlı idi.
Ekspertlər hesab edirlər ki, belə bir fərman gələcək sövdələşmələrin bəzilərini poza, digərlərinin isə şərtlərini əsaslı şəkildə dəyişdirə bilər. Eyni zamanda, Kremlin bəzi hallarda Qərb şirkətləri tərəfindən Rusiya törəmə şirkətlərinin satışı ilə bağlı potensial müqavilələrin birbaşa iştirakçılarına təzyiq göstərmək üçün öz inzibati resurslarından istifadə etməsi vəziyyəti daha da gərginləşdirir. (Report)