Qazaxıstanda ABŞ dollarının məzənnəsi yerli valyuta olan tenqe qarşısında kəskin artıb.
Eləcə də bax: Qazaxıstanda dollar rekord vurdu – TENQE TAB GƏTİRMİR
FED.az xəbər verir ki, bu gün bəzi valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 440-450 tenqeni keçib. Bununla yanaşı Nursultan (Astana) və Alma-Ata şəhərlərində dolların satışı dayandırılıb.
Xatırladaq ki, ötən həftənin sonunda Qazaxıstanda tenqenin rəsmi məzənnəsi 399 tenqe, bazar məzənnəsi isə 408-409 tenqe idi.
Qazaxıstan Mərkəzi Bankı isə baza uçot dərəcəsini 12%-də saxlayacağını açıqlayıb. Mərkəzi bank bildirib ki, 2020-ci ildə dünyada iqtisadi artımın səviyyəsi 2008-ci ildən indiyədək ən aşağı həddə düşə bilər.