Martın 9-da Qazaxıstanda dolların məzənnəsində cüzi də olsa artım baş verib.
FED.az xəbər verir ki, martın 9-da Qazaxıstan paytaxtındakı valyutadəyişmə məntəqələrində dollar 4%-dən çox bahalaşaraq 382 tenqedən 399 tenqeyə yüksəlib. Sonradan məzənnə 394 tenqeyə düşsə də, bəzi məntəqələr dollar satışını dayandırıb, nəticədə dolların 400 tenqeyə, hətta 420 tenqeyə satılması halları barədə məlumat yayılıb. qarşısında bir qədər zəifləyib və dolların məzənnəsi 380 tenqedən 386 tenqeyə yüksəlib.
Neft ölkəsi olduğuna görə, neftin kəskin ucuzlaşması Qazaxıstanın iqtisadiyyatına da təsirsiz ötüşməyəcək və ölkə prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə martın 9-da dünya iqtisadiyyatında baş verənlərə operativ reaksiya verilməsi məqsədilə antiböhran qərargahı yaradılıb. Qərargaha baş nazir Əskər Mamin başçılıq edir.
Qərargah qısa müddətdə antiböhran planı hazırlamalıdır. Prezident hökumətə, Mərkəzi Banka və digər dövlət orqanlarına fəaliyyəti koordinasiya etməyi və ölkə vətəndaşları qarşısında bütün sosial öhdəlikləri yerinə yetirməyi tapşırıb.
Artıq hökumət dövlət büdcəsinə dəyişiklik üçün təkliflər hazırlayır. Dövlət başçısı xərclərin azaldılmasını, işsizliyin artmasına yol verilməməsini, iqtisadiyyatda və valyuta maliyyə sektorunda sabitliyin qorunub saxlanılmasını tapşırıb.
Qazaxıstan Mərkəzi Bankı bəyn edib ki, yerli valyuta – tenqe ilə spekulyasiyaların qarşsını almaq üçün kifayət qədər ehtiyatlara malikdir.
Qazaxıstan hökuməti isə bəyan edib ki, sosial əhəmiyyətli mal və xidmətlərin qiyməti nəzarətə götürüləcək. Maaşların ləngidilməsinə və işçilərin ixtisarına yol verilməyəcək.