Qazaxıstanın fond birjasında (KASE) keçirilən valyuta hərracı başa çatıb. FED.az "Banker.az"a istinadən xəbər verir ki, hərracda KASE-nin 24 üzvü iştirak etmişdir.
Eləcə də bax:İlin sonunda dollara tələb artacaq – VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Qeyd edək ki, hərraclarda dolların məzənnəsi 385,83 tengə təşkil edib. Bu, yeni tarixi rekorddur.
Hərracların nəticələrinə görə:
-ABŞ dollarının (USDKZT_TOM) orta çəkili məzənnəsi 385,83 tengə (+0,82), hərracların ümumi həcmi 180 887 min USD (+38 674 min) ;
-Yuanın (CNYKZT_TOD) orta çəkili məzənnəsi 55,4089 tengə (-0,3161), hərracların ümumi həcmi 900 min yuan (+670 min) ;
-Avronun (EURKZT_TOD) orta çəkili məzənnəsi 425,59 tengə (+2,10), hərracların ümumi həcmi 20 min avro (-180 min);
-Rublun (RUBKZT_TOD) orta çəkili məzənnəsi 5,9863 tengə (-0,0708), hərracların ümumi həcmi 15 000 min rubl (+2 800 min) təşkil edib.