Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 14,5% səviyyəsində saxlamaq qərarına gəlib.
Eləcə də bax: Qazaxıstan neftinin nəqli üçün Azərbaycanla - MÜZAKİRƏLƏR APARILIR
FED.az xəbər verir ki. bu barədə bazar ertəsi maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza dərəcəsini üstəgəl və ya mənfi 1 faiz bəndi ilə illik 14,5% səviyyəsində müəyyən etmək qərarına gəlib. Müvafiq olaraq, faiz dərəcəsi likvidliyin verilməsi əməliyyatları üzrə 15,5%, likvidliyin sterilizasiyası əməliyyatları üzrə isə 13,5% təşkil edir”, - deyə məlumatda bildirilir.
İyulun 25-də Milli Bank baza dərəcəsini illik 14%-dən 14,5%-ə qaldırmaq barədə qərar qəbul etmişdi. (Marja)