İlin sonuna qədər Qazaxıstan hökuməti əhali arasında borc səviyyəsinin yüksək olması səbəbindən bankların istehlak kreditləri şərtlərini məhdudlaşdırmaq üçün tədbirlər hazırlamalıdır.
İstehlak kreditləri portfelinin həcminə görə – BANKLARIN RENKİNQİ (31.09.2023)
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Baş Nazir Əlixan Smailov deyib.
“Borcalanların həddindən artıq yüklənməsi problemini əsaslı şəkildə həll etmək üçün istehlak kreditlərinin verilməsi şərtlərinə məhdudiyyətlər tətbiq etmək lazımdır. İş yerindən arayış əsasında kreditləşdirmənin maksimal dərəcələrinə, məbləğlərinə və şərtlərinə yenidən baxmaq lazımdır”, - Smailov bildirib.
Hökumət başçısı qeyd edib ki, müvafiq qanunvericilik dəyişiklikləri layihəsini ilin sonuna qədər parlamentə təqdim edilməlidir.
Onun sözlərinə görə, sentyabrın 1-nə Qazaxıstanda banklar tərəfindən verilən istehlak kreditlərinin ümumi həcmi 9,2 trilyon tenge (təxminən 19,6 milyard dollar), istehlak kreditləri üzrə bir borcalana düşən borcun orta məbləği isə təxminən 1,5 milyon tenge (təxminən 3, min dollar) təşkil edib. Bir borcalana düşən problemli istehlak krediti isə orta hesabla 1 milyon tengedir (təxminən 2,1 min dollar).
Smailov vurğulayıb ki, əhalinin yüksək borcları Qazaxıstanda ciddi sosial-iqtisadi problemə çevrilir. O, gənclərin təşkilatlarla kredit münasibətlərinə girərkən öz imkanlarını düzgün hesablaya bilmələri üçün Təhsil Nazirliyinə təhsil proqramları çərçivəsində maliyyə savadlılığı kurslarının tətbiqini tapşırıb. (Marja)