Qazaxıstan avqust ayında təxminən 8 ton qızıl alaraq yenidən dünyanın ən iri qızıl alıcısı olub.
Azərbaycanın qızıl ixracından gəliri 2 dəfədən çox artıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə “World Gold Council” məlumat verib.
Məlumata görə, 2025-ci ildə ölkənin qızıl ehtiyatları 32 ton artaraq ümumilikdə 316 tona çatıb. Təkcə avqust ayında Qazaxıstan, alınan ümumi 15 ton qızılın yarısından çoxunu təkbaşına alıb.
Avqust ayında qızıl satan ölkələr isə Rusiya (3 ton) və İndoneziya (2 ton) olub. (Apa)