Sahibkarlığın İnkişafı Fondu 1 fevral 2024-cü il tarixindən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarları zəmanət və subsidiya mexanizmi ilə dəstəkləyir.
SİF aqroparkların yaradılmasına 142 milyon manat kredit ayırıb
FED.az xəbər verir ki, Fondun məlumatına görə, ötən il ərzində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib.
Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib.