Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Ekspert Qrupu üzvlərinin mədəniyyət paytaxtımız olan Şuşaya səfəri baş tutub.
Eləcə də bax: “EximBank” Qarabağda işləyən macar şirkətlərinə $120 milyon - KREDİT AYIRIB
ABA-dan FED.az-a bildirilib ki, səfər proqramı çərçivəsində keçirilən işgüzar görüşdə “İşğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin qurulması” mövzusunda müzakirələr aparılıb. Eyni zamanda, Şuşa şəhərinin tarixi memarlıq abidələri ziyarət edilib, iştirakçılara şəhərin tarixi-mədəni irsi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis olunub. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.