Sahibkarlıq subyektləri tərəfindən işğaldan azad edilən ərazilərdə xidmət, logistika, istehsal sahələri üzrə fəaliyyət göstərməklə bağlı Sahibkarlığın İnkişafı Fondununa müraciətlər daxil olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Fond həm dövlət zəmanətli kredit, həm güzəştli kredit istiqamətində bu sahibkarlarlıq subyektlərinə dəstək göstərib.
"Fondun qiymətləndirmə meyarı olaraq, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərə və yaxud da həmin ərazilərə uyğun işləri quran sahibkarlıq subyektlərinə xüsusi yanaşma tətbiq edilir və biz onların müraciətlərini çalışırıq ki, maksimum dərəcədə diqqətimizdə saxlayaq. Əlavə olaraq 2022-ci ildə əyər işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçünüçün müraciət daxil olarsa biz birmənali şəkildə bu müraciətlərə müsbət baxacağıq. Güzəştli kreditlər üzrə bu sahibkarlıq subyektlərinin müraciətlərinin müsbət cavablandırılması istiqamətində lazımı addımlar atılacaq", - deyə O. Xaliyev qeyd edib.
O həmçinin əlavə edib ki, işğaldan azad olunan ərazilərlə bağlı Fond tərəfindən əlavə maliyyələşmə mexanizmləri üzrə təhlillər aparılır.
"Bu işlər aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Əyər bu proqramproqram qəbul olunarsa, əlavə dəstək tedbiri kimi o sahibkarlıq subyektlərinə dəstək göstəriləcək",- deyə O. Xaliyev bildirib.