Qarabağ Dirçəliş Fondu 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: Qarabağ Dirçəliş Fondu qrantın verilməsi qaydalarını - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, Fond 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor PwC Azərbaycan-ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
Hesabata əsasən Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892,206,306 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9,198,829 AZN maliyyə gəliri əldə edib.