Bütün dünyada, o cümlədən Azərbaycanda böyük endirimlər həftəsi - "Qara cümə"yə start verilib.
FED.az xəbər verir ki, bu günlərdə əksər ticarət xidmət obyektləri müştərilərinə böyük endirimlər təqdim edir. Nəticədə ticarət dövriyyəsi kəskin yüksəlir. Demək olar ki, hər il "Qara cümə" günündə satış rekordları vurulur.
"Qara cümə"nin tarixi 85 il əvvəl başlayıb. ABŞ-da Minnətdarlıq Günündən sonrakı ilk cümə günü Black Friday (Qara cümə) adlanır. Bu gün 1932-ci ildən bu günə qədər Milad alışverişi mövsümünün başlanğıcı kimi qəbul edilir. Həmin gün gözlənilməz dərəcədə endirimlər edən mağazalar erkən saatlarda açılır və gecə yarısınadək fəaliyyət göstərir.
Bu gün “Qara cümə” ilə əlaqədar olaraq Azərbaycanda da endirim kampaniyaları tətbiq olunur. Belə ki, paytaxtda fəaliyyət göstərən xidmət və iaşə obyektlərində 80%-ədək endirim ediləcək. Bu gün münasibətilə Bakının bəzi restoranları bütün növ yeməklərə 50%-dək endirim edir. Bakıdakı ticarət mərkəzlərində fəaliyyət göstərən brend mağazalarda da kişi və qadın geyimlərinə, ayaqqabı və çantalara, həmçinin parfümeriya məhsullarına 20%-dən 80%-ədək endirim edilir. Sağlamlıq mərkəzləri də SPA prosedurlarına, eləcə də idman üzvlüklərinə 50%-ədək endirim edir. Yerli brend məhsullarda da 30%-dən 50%-ədək endirim ediləcək.
"Qara Cümə" başlayır - BÖYÜK ENDİRİMLƏR (YENİLƏNİR)
09:42
24 Noy 2017