"Qafqaz Lizinq" ASC 2017-ci ili 52 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 2,553 milyon manat xalis zərərlə çıxmışdı.
FED.az xəbər verir ki, ötən il "Qafqaz Lizinq"in faiz gəlirləri 29 min manat, faiz xərcləri 0 manat, qeyri-faiz gəlirləri 269 min manat, qeyri-faiz xərcləri isə 246 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə "Qafqaz Lizinq"in aktivləri 3,263 milyon manat olub ki, bu da illik müqayisədə 27,2% azdır. 2017-ci ildə şirkətin öhdəlikləri təxminən 14% artaraq 7 min manat, balans kapitalı isə 27,3% azalaraq 3,255 milyon manat olub.