Azərbaycandakı lizinq şirkətlərindən biri nizamnamə kapitalını azaldıb. FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, söhbət "Qafqaz Lizinq" ASC-dən gedir.
Qeyd edək ki, ASC kapialının azaldığını elan edib. Bununla bağlı olaraq şirkətin kreditorları Bakı şəhəri, Binəqədi şossesi 168B, 3066-cı məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Qafqaz Lizinq" 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin 2013-cü ilə aid maliyyə hesabatına görə, ASC-nin nizamnamə kapitalı 3,2 milyon manatdır. Onun səhmlərinin 50%-i Türkiyənin "NAB Holding. A.S." şirkətinə, 50%-i isə Böyük Britaniyanın "Metin Limited" şirkətinə məxsusdur.
"Qafqaz Lizinq" nizamnamə kapitalını azaltdı

09:37
10 Yan 2018