2023‑cü il ərzində ümumilikdə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 3726 investisiya layihəsinin maliyyələşdirilməsinə 193.8 milyon manat, o cümlədən qadın sahibkarlıq subyektlərinin 290 layihəsi üzrə 16.4 milyon manat güzəştli kredit verilib.
Qadın sahibkara hotel və restoran xidməti layihəsi üzrə - GÜZƏŞTLİ KREDİT VERİLDİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Beləliklə, qadın sahibkarlıq subyekt lərinin investisiya layihələrinə verilmiş kreditlər layihə sayı olaraq 7.8%, kredit məbləği olaraq isə 8.5% təşkil edib.
2022‐ci il ərzində isə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumilikdə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145.9 milyon manat, o cümlədən qadın sahibkarlıq subyektlərinin 218 layihəsi üzrə 13.9 milyon manat güzəştli kredit verilib. Beləliklə, qadın sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilmiş kreditlər layihə sayı olaraq 7.9%, kredit məbləği olaraq isə 9.5% təşkil edib. (Trend)