“Bu gün elektron pul təşkilatları bazarında bəzi oyunçular var ki, onların əməliyyat həcmi ilə bağlı dəqiq statistikanı apara bilmirik”.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlanıb - 7 xidmət aid ediləcək - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
““Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbulundan sonra bu statistika daha dəqiq olacaq. Bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daim artır”, - deyə R.Orucov vurğulayıb.
Sədr müavini qeyd edib ki, cari ilin 1 iyun tarixinə əsasən, ölkədə 80 min ödəniş terminalı var: “Bu terminalların 55 mini Bakıda, 25 mini regionlarda yerləşir. Yeni qanunun qəbulundan sonra bunların sayı artacaq”.