Mərkəzi Bank ilk dəfə olaraq ölkəyə daxil olan və ölkədən çıxarılan pul baratları barədə statistik məlumatı açıqlayıb.
FED.az xəbər verir ki, ən çox pulu Rusiyadan alırıq, ən çoxunu da ora göndəririk.
Eləcə də bax: Birinci rübdə Rusiyadan Azərbaycana pul köçürmələri - 29% AZALIB
2019-cu ilin I rübü ilə müqayiədə bu ilin I rübündə xaricə göndərilmiş pul vəsaitlərinin dinamikasında 37% artım, ölkəyə daxil olmuş pul vəsaitlərinin həcminin dinamikasında isə 12,6% azalma müşahidə olunur.
Pul göndərişi İsveçrə, BƏƏ, Birləşmiş Krallıq və İspaniyaya 2 dəfə, Lüksemburqa 7 dəfə, İtaliyaya 4,5 dəfə, Niderlanda 3 dəfə artıb.
Pul gəlişi İraqdan 129%, Avstriyadan 70%, İsveçdən 40%, BƏƏ-dən 30%, Almaniyadan 52%, Ukraynadan 27% artıb. Rusiyadan 29%, Fransadan 25% azalıb.