“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavinləri Cəfər İbrahimli və Nəriman Yaqubov vəzifələrini tərk etdikləri bildirilir.
Məlumata görə,  “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Cəfər İbrahimli əmək fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktor müavini kimi davam etdirməli idi. Lakin məsələ ilə bağlı FED.az-a açıqlama verən Cəfər İbrahimli hələ məsələnin açıq qaldığını bildirib.
Eləcə də bax: "AFB Bank"da 3 filial müdiri işdən çıxarıldı
Nəriman Yaqubov isə “PSG Kapital”-ı tərk etdiyini və fəaliyyətini “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru kimi davam etdirdiyini təsdiq edib.
Qeyd edək ki, “PSG Kapital”a isə yeni direktor müavini  “Gilan Holdinq” MMC-nin törəmə strukturu - “United Enterprices Azerbaijan” MMC-nin büdcə şöbəsinin müdiri olan Fəxri Səttarov təyin olunub. 
 
                                                    
                                                    
                    “PSG Kapital”dan “BTB Kapitala” transfer olub
 
                            
                            
                        
                            12:35
                            14 May 2019
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








